Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinin yekunlaşacağına əmindir

Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinin yekunlaşacağına əmindir
DÜNYA
20:26 10.01.2023
222
"Mən əminəm ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi yekunlaşacaq”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Aİ Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"İnanıram ki, bütün müttəfiqlər, həmçinin Türkiyə də bu iki ölkənin üzvlüyü ilə bağlı protokolları parlamentlərində ratifikasiya edəcək. Bu, NATO-nun müasir tarixində ən sürtəli prosesdir, bildiyiniz kimi, üzvlük prosesi illər alır, lakin iyun ayında bütün müttəfiqlər Türkiyə də daxil olmaqla İsveç və Finlandiyanı NATO-ya dəvət etdi. Türkiyə və digər iki ölkə arasında sənəd imzalandı ki, bu sənədə görə ölkələr narahatlıq doğuran məsələlər ətrafında birgə işləməyə razılaşdılar. Bu məsələlərdən biri silahların eksportu ilə bağlı qadağalar idi ki, bu artıq aradan qalxıb. Terrorizmlə mübarizə sahəsində də işlər görülür, addımlar atılır.

Türkiyənin legitim təhlükəsizlik narahatlıqları var, bu, başadüşüləndir, çünki Türkiyə qədər bizim heç bir başqa müttəfiqimiz terrordan əziyyət çəkməyib. Biz İsveç və Finlandiyanın bu istiqamətdə addımlarını alqışlayırıq”, - NATO Baş katibi qeyd edib.

Stoltenberq xatırladıb ki, Finlandiya və İsveçin NATO-ya üzvlük prosesinin başladılması ilə vəziyyət tamamilə dəyişib, artıq ABŞ da daxil olmaqla bu iki ölkə ilə ikitərəfli təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb: "Bu iki ölkə NATO-nun iclaslarında iştirak edir, onların NATO-ya inteqrasiya daha da sürətlənib. Onlar hər hansı təhdidlə üzləşdiyi halda NATO İsveç və Finlandiyanın yanında olacaq”.

OXŞAR XƏBƏRLƏR