Stoltenberq: İsveçin NATO-ya üzvlüyünə nail olacağam

Stoltenberq: İsveçin NATO-ya üzvlüyünə nail olacağam
DÜNYA
19:41 31.03.2023
247
Məqsədim İsveçin alyansa üzvlüyünü Türkiyədə keçiriləcək seçkidən sonra və iyulun 11-də keçiriləcək sammitdən əvvəl ratifikasiya etməkdir.

Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, İsveç Türkiyədə keçiriləcək seçkidən sonra NATO-ya üzv olmaq üçün hələ də "yaşıl işıq" yandıra bilər:

"Məqsədim Türkiyədəki seçkidən sonra, amma Vilnüsdəki sammitə qədər İsveçin ratifikasiyasına nail ola bilməkdir".

Stoltenberq son nəticədə qərarın Ankaranın üzərinə düşdüyünü vurğulayıb.
 
///Axar.az
OXŞAR XƏBƏRLƏR