Stoltenberq: Nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq

Stoltenberq: Nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq
DÜNYA
19:49 27.04.2023
304
"Əlbəttə ki, biz Rusiyanı heç vaxt aşağı qiymətləndirməməliyik. Çünki Moskva rus qüvvələrinin keyfiyyətcə çatışmayan şeylərini kəmiyyət baxımından tamamlamağa çalışır".

Bunu NATO Baş katibi Yens Stoltenberq Lüksemburq Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz görürük ki, Rusiya daha çox kadr, qüvvələr səfərbər etməkdə davam edir. Baxmut ətrafında çox yüksək itkilərə baxmayaraq minlərlə qüvvə göndərməyə hazır olduqlarını görürük. Bu da təbii ki, Ukrayna qoşunları üçün problem yaratmağa davam edir. Biz açıq şəkildə bildirmişik ki, dəstəyimizi davam etdirəcəyik, nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq".
OXŞAR XƏBƏRLƏR