Ramazan ayının gəlişi ilə iftar və sahur süfrələrinin ayrılmaz hissəsi olan çay və qəhvə ilə bağlı mütəxəssis xəbərdarlığı edilib.
AZXEBER.COM xəbər verir ki, stomotoloqların sözlərinə görə, xüsusilə sahurda kofeinli içkilərin həddindən artıq qəbulu gün ərzində ağız quruluğunu və susuzluğu artırır, eyni zamanda diş əti problemlərinə zəmin yaradır.
Mütəxəssislər vurğulayır ki, Ramazan ayında uzun müddət ac və susuz qalmaq ağız mühitində turşuluğu artırır. Bu isə bakteriyalar üçün əlverişli şərait yaradır:
Diş çürümələrinin sayı artır, diş əti iltihabı və qızartı güclənir, ağız qoxusu daha kəskin olur, ağız quruluğu yaranır.
Oruc zamanı tüpürcək ifrazı azaldığı üçün onun təbii təmizləyici təsiri də zəifləyir. Buna görə iftar və sahurdan sonra dişlərin mütləq fırçalanması tövsiyə olunur.
Xüsusilə sahurda qəbul edilən qidalara diqqət yetirilməsinin vacibliyini vurğulayan mütəxəssislər, çay və qəhvə kimi kofeinli içkilərin susuzluğu artırırdığını deyib.
Turş və qazlı içkilər ağız quruluğunu gücləndirir, soğan, sarımsaq və ədviyyatlı qidalar ağız qoxusunu artırır, həddindən artıq çay və qəhvə dəmirin mənimsənilməsini azalda bilər
Nə yemək tövsiyə olunur?
Sahurda daha çox qatıq, yaşıl tərəvəzlərdə kalsiumla zəngin qidalar və bol su qəbul etmək məsləhət görülür. Kifayət qədər su içmək tüpürcək ifrazını artıraraq ağız gigiyenasını qorumağa kömək edir.
Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma və ağız baxımı ilə Ramazan ayını həm sağlam, həm də daha rahat keçirmək mümkündür.









































