Stüardessanın həyat yoldaşı danışdı - Hökumənin qəzaya düşdüyünü biləndə dizlərim qırıldı -VİDEO

Stüardessanın həyat yoldaşı danışdı - Hökumənin qəzaya düşdüyünü biləndə dizlərim qırıldı -VİDEO
SOSİAL
21:37 30.12.2024
441


"Hökumənin qəzaya düşdüyünü biləndə dizlərim qırıldı".

Bunu Baku TV-yə açıqlamasında təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.

 "Hökumə üçün hansı gözəl sözü desəm, azdır. Çox tərbiyəli, savadlı, qabiliyyətli, əl bacarığı olan xanım idi. Həmişə tərbiyəsi, savadı, oturuşu-duruşu ilə hər kəsə nümunə olurdu”.
Bunu Baku TV-də yayımlanan "Arzunun vaxtı” verilişində təyyarə qəzasında həlak olan Azərbaycanın Milli Qəhrəmanı, stüardessa Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.
Onun sözlərinə görə, H.Əliyeva hər zaman öhdəliklərini layiqincə və düzgün şəkildə icra edirdi:
"Uçuşda olanda insanlara ürək-dirək verirdi, onları təsəlli edirdi, hər şeyi başa salırdı. İzah edirdi ki, qorxmağa, narahat olmağa heç bir əsas yoxdur. "Hamımız birlikdə gedirik, birlikdə də qayıdacağıq” deyirdi”.
E.Əliyev təyyarə qəzası barədə məlumatı bacısından öyrəndiyini söyləyib:
"Bacım dedi ki, iş qrupunda təyyarənin qəzaya uğradığı yazılıb. Eşidəndə dizlərim qırıldı. Onun cəsarətini, şücaətini Azərbaycan xalqı, bütün dünya gördü. Xalqımızın başı sağ olsun, böyük faciədir. Arzu edirəm ki, onun kimi şərəfli ölüm mənə də qismət olsun”.
Hökumə Əliyevanın həyat yoldaşı ən çox onun təmiz ürəyi, şirin sözləri üçün darıxacağını söyləyib:
"O qədər yaxşı xüsusiyyətləri var idi ki, bilmirəm, hansı birini deyim. Onu həmişə "mələyim” deyə çağırardım. Hökumə həyatımın bələdçisi idi. Həmişə onunla səmimi olmuşuq. Nə sözümüz olub demişik, açıqsözlü olmuşuq. Biz bir-birimizə dayaq idik. Çətin anlarda bir-birimizin əlindən tuturduq, dərdlərimizi, fikirlərimizi bölüşürdük. Var ömür-gün yoldaşı, bir də var ömrüm, günüm. O mənim ömrüm, günüm idi. Hökumənin vəfatı ilə həyatım, ömrüm getdi”.

Daha ətraflı videosüjetdə:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO