Studiyada şok: "Lap yarıçılpaq olsunlar - islam icazə verir"

Studiyada şok: "Lap yarıçılpaq olsunlar - islam icazə verir"
SOSİAL
14:03 12.03.2016
9885
"Bura sanki komediya filminin çəkiliş meydançasıdır. Absurddur. "İslam", "möminlik", "halallıq" sözlərinin ardı-arası kəsilmir, amma bunları deyən qadınlar yarıçılpaqdır, sanki striptiz ulduzlarıdır".
ABŞ-ın dünyaca məşhur Vice News xəbər saytı bu dəfə Türkiyədə və habelə, Azərbaycanda "Harun Yəhya" kimi tanınan Adnan Oktarla onun "kedicik"lərindən bəhs edən proqram hazırlayıb.
Vice News-un reportyoru Meher Əhməd İstanbulda Adnan Oktarın "iqamətgah"ına baş çəkib və orada başına gələnlərdən şoka düşdüyünü deyib.
"Bütün bunlar zarafatdırmı?" - deyən Meher Əhmədin çəkiliş qrupu Adnan Oktarın iqamətgahının və A9 telekanalının studiyasının olduğu malikanəyə daxil olanda onların kameraları əllərindən alınır. "Təhlükəsizlik məsələləri baxımından kameralarınızdan istifadə edə bilməyəcəksiniz" deyilir. Meher Ehmed ayaqyoluna yollanır, orada mobil telefonu işə salaraq kamera qarşısında deyir: "Burada kameralarımızı əlimizdən aldılar. Onların zibil kameraları ilə işləməli olacağıq".
"Lap yarıçılpaq olsunlar - islam icazə verir"
Studiyadakı "kedicik" adlanan "mömin" gözəlçələrin yarıçılpaq dolaşmaları barədə Adnan Oktara sual verəndə Meher Əhmədin aldığı cavab belə olub: "Əgər ətrafındakı insanları narahat edirsə, müsəlman qadın qapana bilər, çarşab və ya hicabdan yararlanar. Amma kimsəni narahat etmirsə, lap yarıçılpaq olsun. İslam buna icazə verir".
Meher Əhməd reportajında daha sonra deyir: "Mənə Çarlz Darvindən və onun təkamül nəzəriyyəsindən danışdılar. Dedilər ki, Darvin qadın düşməni olub, arvadı ilə köpək kimi davranıb. Bundan sonra studiyada ekskursiya oldu. Yarıçılpaq qadınlar oturduqları yerdə rəqs edirdilər. Həmin qadınların dediklərinə görə, Adnan Oktara heyrandırlar: "Bura müsəlman qadının ola biləcəyi ən yaxşı, ən gözəl yerdir". Görəsən, bu qadınlar əvvəllər harada, necə yaşayıblar ki, belə deyirlər?! Bir tərəfdən üzümə makiyaj çəkirlər, digər tərəfdən də "siyasi islam"dan bəhs edirlər. Mənə azad olduqlarını söylədilər. Axırda da Çarlz Darvinin təkamülünü "alt-üst edən", saxta istinadlar və elm kimi qələmə verilən fırıldıqlarla dolu böyük kitab verdilər".
///
Milli.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır? - AÇIQLAMA
14:07 20.10.2025
Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır? - AÇIQLAMA
"Təyyarə texniki cəhətdən tam saz vəziyyətdə olub" - AZAL-dan açıqlama
13:54 20.10.2025
"Təyyarə texniki cəhətdən tam saz vəziyyətdə olub" - AZAL-dan açıqlama
Acun "Survivor Həsən"in qızının bütün təhsil xərclərini qarşılayacaq
13:52 20.10.2025
Acun "Survivor Həsən"in qızının bütün təhsil xərclərini qarşılayacaq
“Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutdu - FOTOLAR
13:19 20.10.2025
“Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutdu - FOTOLAR
AccessBank ideyaları biznesə çevirməyə dəstək olur: “Bizdən Biznesə” ikinci dəfə start götürür
13:07 20.10.2025
AccessBank ideyaları biznesə çevirməyə dəstək olur: “Bizdən Biznesə” ikinci dəfə start götürür
Mehriban Xanlarovanın qızı onunla barışmaq üçün efirə gəldi
13:05 20.10.2025
Mehriban Xanlarovanın qızı onunla barışmaq üçün efirə gəldi
Banqladeşdə hava limanındakı yanğın söndürüldü - 26 saata
13:03 20.10.2025
Banqladeşdə hava limanındakı yanğın söndürüldü - 26 saata
Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib
12:54 20.10.2025
Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib
“Qarabağ”ın “Atletik”lə matçı üçün hakimlər açıqlandı
12:45 20.10.2025
“Qarabağ”ın “Atletik”lə matçı üçün hakimlər açıqlandı
Paytaxtda moped və skuter oğurlayan şəxslər saxlanılıblar
12:41 20.10.2025
Paytaxtda moped və skuter oğurlayan şəxslər saxlanılıblar
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldılar
12:28 20.10.2025
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldılar
Müəllim dərs zamanı vəfat etdi
12:21 20.10.2025
Müəllim dərs zamanı vəfat etdi
“Onun bütün nəsli “Ramiz Mehdiyev xaindir” damğası ilə yaşayacaq” - Keçmiş nazirlə özəl müsahibə
12:13 20.10.2025
“Onun bütün nəsli “Ramiz Mehdiyev xaindir” damğası ilə yaşayacaq” - Keçmiş nazirlə özəl müsahibə
Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi
12:09 20.10.2025
Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi
Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
12:07 20.10.2025
Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - SİYAHI
11:49 20.10.2025
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - SİYAHI