Su çəkdirmək istəyənlərin nəzərinə: Yeni qayda

SOSİAL
12:04 22.11.2024
311
"Biznes mühitinin yaxşılaşdırılmasının əsas göstəricilərindən biri biznes subyektlərinin fəaliyyəti üçün zəruri olan infrastruktur səviyyəsindən və əlçatanlığından birbaşa asılıdır". 

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında iqtisadi ekspert Samir Heydərov bildirib.

Ölkə rəhbərliyi tərəfindən hər zaman bu istiqamətdə görüləcək işlərin diqqət mərkəzində olduğunu deyən ekspert bu ilin mayında "Su şəbəkələrinə qoşulma" işçi qrupunun təşkil etdiyi genişləndirilmiş iclasda su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, o cümlədən su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün Vahid Pəncərə sisteminin yaradılması barədə keçirilən təqdimatları xatırladıb:  "Prezidentin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə "Su təchizatı və tullantı suları haqqında" qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb".

Ekspertin fikrincə, iqtisadi islahatlar biznes subyektlərinin su sistemlərinə qoşulmasını asanlaşdırmaqla eyni zamanda şəffaflığı təmin edib. Bu da öz növbəsində biznes fəaliyyətini asanlaşdıraraq ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən amillərdən birinə çevrilib. Baxmayaraq ki, ölkəmizin su ehtiyatlarının 70-75 faizi ölkə xaricində formalaşır.

Su və tullantı sularının axıdılması sisteminə qoşulma istiqamətində bir çox region ölkələrindən öndə olduğumuzu vurğulayan ekspert suyun qiymətinin region ölkələri ilə eyni olduğunu söyləyərək suyun 1 m3-nun qiymətinin Avropa Birliyinə daxil olan ölkələrdən çox aşağı olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə daxili mənbələr hesabına formalaşan su ehtiyatlarının olması kənd təsərrüfatının inkişafı üçün regionda böyük imkanlar yaradır. 

Məlumat üçün qeyd edək ki, ölkəmizdə adam başına aylıq su norması sayğac quraşdırılmayan istehlak qrupları üçün 5 m3 təyin edilib. Yeni sərəncam həm biznesin inkişafına, həm də sudan effektli istifadəyə zəmin yaradacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 13.02.2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edildi

15:49 13.02.2025

Prezident bu hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Şəhid atasıdır, oğlunun yatdığı torpağa qurban olum" - Cavidan Novruz

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi