Türkiyədə dəhşətli hadisə baş verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 metr dərinliyindəki su çəninə
düşən 6 yaşlı uşaq dünyasını dəyişib.
Uşağın anası bildirib ki, mühafizəçilər
orada olsaydı və pilləkən qoyulmasaydı uşaq bəlkə də su çəninə çıxaraq ölməzdi.
Azyaşlının anası, "İşdən gəldiyim zaman evin
qarşısında oynayırdı, sonra uşaqlarla bura gəliblər. Saatlarla səs gəlməyincə qonşularla birlikdə
axtarmağa getdik. Pilləkən orda olmasaydı, bəlkə də çıxmazdı” deyərək
gözyaşlarını saxlaya bilməyib.
Ailənin qonşusu uşağın qəsdən su çəninə atıldığını iddia edib: "Uşaq parkında pilləkən olmamalıdır, uşaqlar asanlıqla çıxırlar. Bəlkə də uşağı itələdilər, kim bilir” deyə qeyd edib. Hadisə yerinə dərhal polislər cəlb edilib.
Faktla bağlı araşdırmalar davam edir.
Nərmin Məmmədli