Su çəninə düşən 6 yaşlı uşaq öldü

MARAQLI
17:53 29.04.2021
625

Türkiyədə dəhşətli hadisə baş verib.

 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 metr dərinliyindəki su çəninə düşən 6 yaşlı uşaq dünyasını dəyişib.

Uşağın anası bildirib ki, mühafizəçilər orada olsaydı və pilləkən qoyulmasaydı uşaq bəlkə də su çəninə çıxaraq ölməzdi.

Azyaşlının anası, "İşdən gəldiyim zaman evin qarşısında oynayırdı, sonra uşaqlarla bura gəliblər. Saatlarla səs gəlməyincə qonşularla birlikdə axtarmağa getdik. Pilləkən orda olmasaydı, bəlkə də çıxmazdı” deyərək gözyaşlarını saxlaya bilməyib.

Ailənin qonşusu uşağın qəsdən su çəninə atıldığını iddia edib: "Uşaq parkında pilləkən olmamalıdır, uşaqlar asanlıqla çıxırlar. Bəlkə də uşağı itələdilər, kim bilir” deyə qeyd edib. Hadisə yerinə dərhal polislər cəlb edilib.

 

Faktla bağlı araşdırmalar davam edir.

 

Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR