Su polisi brakonyerlərə qarşı əməliyyat keçirdi: Silah-sursat aşkarlandı - VİDEO

Su polisi brakonyerlərə qarşı əməliyyat keçirdi: Silah-sursat aşkarlandı - VİDEO
SOSİAL
14:31 29.01.2021
377
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkar edilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, su polisləri daim Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumları ilə birgə mütəmadi olaraq paytaxt ərazisində, eləcə də bölgələrdə yol kənarında icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər apararaq onlar barəsində qanunauyğun tədbirlər görür.

Sonuncu belə tədbir zamanı İdarənin Brakonyerliklə Mübarizə Bölməsinin əməkdaşları Abşeron rayonu Mehdiabad qəsəbəsində Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan Əli Məmmədovu müəyyən ediblər. Polis əməkdaşları tərəfindən həmin şəxsə məxsus obyektə baxış zamanı külli miqdarda nərə cinsli balıq aşkar olunaraq götürülüb.

Araşdırma zamanı bu şəxsin müvafiq icazəsi və kvotası olmadan nərə cinsli balıqların qeyri-qanuni satışını təşkil etdiyi məlum olub. Baxış zamanı obyektdə müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün Xəzər dənizinə buraxılan körpə nərə cinsli balıqların da tutularaq burada satışa çıxarıldığı məlum olub. Polislər tərəfindən obyektin sahibi Əli Məmmədov barəsində qanunla nəzərədə tutulan qaydada tədbir görülüb.

Su Polisləri tərəfindən həmçinin adı "Qırmızı Kitab”a düşən quşların ovlanması və ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilməsi istiqamətində də tədbirlər davam etdirilir. Lənkəran şəhərində keçirilən reyd zamanı ovçuluq bileti olmadan bu fəaliyyətlə məşğul olan Vasif Qurbanov saxlanılıb. Ondan ümumilikdə 18 ədəd ovlanması qadağan olunan qu quşu, qırqovul, çöl ördəyi və çöl qazı aşkar olunaraq götürülüb.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının xidməti ərazidə keçirdikləri sonuncu tədbir zamanı isə odlu silah-sursat aşkar edilib. Bakı şəhəri istiqamətində Xəzər dənizi sahilində polis əməkdaşları iri daş parçalarının arasında gizlədilən bir ədəd tapança, bir ədəd avtomat darağı və 15 ədəd patron aşkar edərək götürüblər. Silah-sursatın kim tərəfindən həmin ərazidə gizlədilməsinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu və "Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı "Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiya Ukraynada strateji məğlub olub"
16:31 30.06.2025
"Rusiya Ukraynada strateji məğlub olub"
Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
16:29 30.06.2025
Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
16:20 30.06.2025
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
16:20 30.06.2025
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
16:17 30.06.2025
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
16:11 30.06.2025
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA