Su qıtlığı dünya əhalisinin 40 faizindən çoxuna təsir edir

Su qıtlığı dünya əhalisinin 40 faizindən çoxuna təsir edir
DÜNYA
11:31 18.12.2023
128
Tekirdağ Namık Kamal Universitetinin sağlamlıq elmləri fakültəsinin müəllimi Ayşe Handan Dökmeci bildirib ki, dünya əhalisinin 40 faizindən çoxu su qıtlığı ilə üzləşib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Trakya Universiteti Əczaçılıq Fakültəsi Ətraf Mühit Problemlərinin Tətbiq və Araşdırma Mərkəzinin təşkil etdiyi "Su haqqında" paneldə iştirak edən Ayşe Handan Dökmeci qlobal iqlim dəyişikliyi və fəlakətlərin sağlam suya çıxışı əngəllədiyini bildirib.

İqlim dəyişikliyi səbəbiylə həddindən artıq quraqlıq və daşqınların yaşandığını bildirən Dökmeci su ehtiyatlarının qorunması üçün işlərin görülməsi lazım olduğunu vurğulayıb.

Suyun həyat üçün həyati əhəmiyyət kəsb etdiyinə diqqət çəkən Dökmeci deyib: 

"Su qıtlığı dünyanı təhdid edən əhəmiyyətli bir vəziyyətdir. İnsanlar uzun müddət yeməksiz yaşaya bilsələr də, susuz həyat çox çətindir. Bu su da təhlükəsiz içməli olmalıdır. Dünya əhalisinin 40 faizindən çoxunun buna ehtiyacı var". 

Ayşən
OXŞAR XƏBƏRLƏR