Su təchizatı ilə bağlı ən çox verilən 5 sual və cavab

Su təchizatı ilə bağlı ən çox verilən 5 sual və cavab
SOSİAL
11:36 07.07.2026
566
Abonentlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarına və strukturlarına məlum əlaqə vasitələri ilə müxtəlif suallar ünvanlayır və operativ şəkildə dəqiq cavablar alırlar. 

AZXEBER.COM xəbər verir ki, bu kimi suallar içərisində vətəndaşların tez-tez müraciət etdikləri mövzuları əhatə edənləri də var. ADSEA-nın "İri Şəhərlərin Su Təchizatı” həmin sualları və onların cavablarını mərhələli şəkildə təqdim edir. 

"5 sual, 5 cavab” rubrikasının növbəti sual və cavab paketini təqdim edirik.  

- Mexaniki tipli sayğacın faktiki göstəricisi oxunmadıqda sərf edilmiş suyun həcmi hansı qaydada müəyyənləşdirilir?
İstehlakçı sukanal idarəsi nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 aylıq dövrdə (istehlak dövrü 12 aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Bu normaya əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır. 
Eyni zamanda https://my.gov.az/ elektron hökumət portalına daxil olaraq "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən istifadə etməklə mexaniki sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elektron bildiriş - faktura əldə edə bilərsiniz.

- Su təchizatı xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair hara və necə müraciət edim?
İstehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (Sudan İstifadə Qaydalarının 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) məqsədilə  https://my.gov.az/ elektron hökumət portalına, "Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti” elektron xidmətinə, sukanal idarəsinə, ASAN Xidmət, ASAN Kommunal və Kiçik və Orta Biznes Evlərinə (KOB) müraciət etməlidir.  
5 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul olunur. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir.

- Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaq üçün hara müraciət edim? 
ASAN Xidmət və ASAN Kommunal Mərkəzlərinə, Kiçik və Orta Biznes Evlərinə (KOB) müraciət etməlisiniz. 

 - Su istifadəsinə görə yaranan borc barədə necə dəqiqləşdirmə apara bilərəm? 
https://my.gov.az/ elektron hökumət portalında  "Borcun araşdırılması üzrə müraciət” elektron xidmətindən istifadə etməklə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabınızda yaranmış borcun araşdırılması ilə bağlı müraciət edə bilərsiniz.

- Mexaniki sayğac işləmədikdə sərf edilmiş suyun həcmi hansı qaydada hesablanır?
Mexaniki sayğac işləmədikdə, yeni sayğac quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.
Siz https://my.gov.az/ elektron hökümət portalına  daxil olaraq "Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti” elektron xidmətimizdən istifadə etməklə mexaniki sayğacın dəyişdirilməsinə müraciət edə bilərsiz.

Qeyd: "İri Şəhərlərin Su Təchizatı” QSC-nin "5 sual, 5 cavab” rubrikasında təqdim etdiyi iki maarifləndirici mətnin linkləri: 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
16:17 28.10.2026
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
16:16 28.10.2026
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
16:15 28.10.2026
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
16:13 28.10.2026
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
16:08 28.10.2026
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
13:57 28.10.2026
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
Gələn il üçün ehtiyac meyarı məlum oldu
13:34 28.10.2026
Gələn il üçün ehtiyac meyarı məlum oldu