Su təhlükəsizliyi – dövlət siyasətinin prioriteti

Su təhlükəsizliyi – dövlət siyasətinin prioriteti
SİYASƏT
11:22 14.01.2026
346
Yanvar ayının 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə keçirilib. 
 
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Prezident İlham Əliyev  içməli su və suvarma layihələri həmişə diqqət mərkəzində olduğunu vurğulayıb.

Ölkə başçısı müşavirədə "Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir” -deyə qeyd edib. 
 
Dövlət başçısı son 20 il ərzində inşa edilən su anbarları barədə də danışıb.
 
Prezident bildirib ki: "Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə "Taxtakörpü”, "Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. "Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını "Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən "Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa
edilmişdir.”
 
İsmayıl Əvəzov
Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

OXŞAR XƏBƏRLƏR