Subaylarda xərçəng riski daha yüksəkdir - Yeni ARAŞDIRMA

Subaylarda xərçəng riski daha yüksəkdir - Yeni ARAŞDIRMA
SAĞLAMLIQ
18:45 19.06.2026
303
Yeni aparılan "Nikah və xərçəng riski" adlı genişmiqyaslı araşdırma göstərib ki, heç vaxt evli olmayan şəxslərdə əksər xərçəng növlərinə tutulma riski evli və ya əvvəllər evli olmuş insanlarla müqayisədə daha yüksəkdir.

AZXEBER.COM xəbər verir ki, tədqiqat zamanı alimlər xərçəngə tutulma hallarını ailə vəziyyəti, şişin növü, yaş, cins və etnik mənsubiyyətə görə qiymətləndiriblər. Bunun üçün ABŞ-ın 12 ştatını əhatə edən epidemioloji müşahidə proqramının məlumatları təhlil olunub. Araşdırmaya 30 yaşdan yuxarı insanlar cəlb edilib.

İştirakçılar iki qrupa bölünüb: həyatında heç vaxt nikahda olmayanlar və hazırda və ya əvvəllər evli olmuş şəxslər. İkinci qrupa evli, boşanmış, ayrı yaşayan və dul insanlar daxil edilib. Birinci qrupa isə rəsmi nikah olmadan birlikdə yaşayan və ya münasibətdə olan şəxslər aid edilib.
OXŞAR XƏBƏRLƏR