Şübhəli avtomobili təqib edən polis qrupu qəza etdi

Şübhəli avtomobili təqib edən polis qrupu qəza etdi
DÜNYA
10:53 05.02.2024
155
Türkiyənin Çorum bölgəsində şübhəli avtomobili saxlamağa çalışan polis maşını qəzaya uğrayıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Çorumun Arif Ərsoy küçəsində baş verib. 

Polis qruplarının araşdırma apardığını görən  sürücü maşını ilə qaçmağa başlayıb. 

Həmin küçədə qaçan maşını təqib edən polis maşını orta refüje çırpılıb. 

Qəzada xəsarət alan olmasa da, polis maşınına ciddi maddi ziyan dəyib. 

Qəzaya uğrayan polis maşını evakuatorla çıxarılıb və qaçan şübhəlilərin tutulması üçün işə başlanılıb. 

Oksana
OXŞAR XƏBƏRLƏR