Sudan Ordusu və Çevik Dəstək Qüvvələri (HDK) humanitar atəşkəsi bu gecə yarısından etibarən 72 saat daha uzatdıqlarını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, HDK-dan verilən açıqlamada bildirilib ki, humanitar dəhlizlərin açılması, vətəndaşların gediş-gəlişinin asanlaşdırılması, ehtiyaclarının ödənilməsi və təhlükəsiz yerlərə çatmalarının təmin edilməsi məqsədilə gecə yarısından etibarən humanitar atəşkəs 3 gün daha uzadılıb.
Ordu HDK-nı Şarku Nil şəhərindəki xəstəxananı, o cümlədən reanimasiyada olanları boşaldıb sursatla dolduraraq hərbi qərargaha çevirməkdə günahlandırıb.
Bu arada Sudan Mülki Aviasiya İdarəsi humanitar yardım və evakuasiya uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarının mayın 13-dək uzadıldığını açıqlayıb.
Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə HDK arasında silahlı toqquşmalar baş verib.
"HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilmişdi.
Sudan Səhiyyə Nazirliyi ordu ilə HDK arasında aprelin 15-də başlayan qarşıdurmalarda 528 nəfərin öldüyünü, 4599 nəfərin yaralandığını bildirib.
Ordu və HDK, Səudiyyə Ərəbistanı və ABŞ-ın səyləri ilə aprelin 28-i gecə yarısından etibarən əlavə 72 saat uzadılmasına qərar verdiklərini açıqlayıb.
Mikayıl