Sudanda BMT-nin helikopteri atəşə tutulub

Sudanda BMT-nin helikopteri atəşə tutulub
DÜNYA
01:44 08.03.2025
703
Birləşmiş Millətlər Təşkilatının (BMT) helikopteri Sudanın cənubunda atəşə tutulub.

Bu barədə ölkənin informasiya, rabitə, texnologiya və poçt xidməti naziri Maykl Makuei Lüet bildirib.

Qeyd olunub ki, BMT helikopteri hərbçiləri təxliyə etməyə çalışarkən Nasir şəhərində atəşə tutulub. Nəticədə, biri general olmaqla ən azı 28 hərbçi həlak olub.

"Həlak olan hərbçilərin dəqiq sayı hələ müəyyən edilməyib. Lakin general da daxil olmaqla, 28 nəfərin həlak olması barədə informasiya var”.
 
//Report
OXŞAR XƏBƏRLƏR