Sudanda güclü daşqınlar nəticəsində ölənlərin sayı 130-a çatdı

DÜNYA
12:07 27.08.2024
117
İyun ayından bəri Sudanda həddindən artıq yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 132-yə yüksəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Belə ki, ölkənin 18 əyalətinin 10-da iyun ayından bəri davam edən həddindən artıq yağış və daşqınlarda ölənlərin sayının 132-yə çatdığı bildirilib.

Açıqlamada daşqınlardan zərər çəkənlərin sayının 129 min 650-yə yüksəldiyi bildirilib və 12 min 420 evin tamamilə, 11 min 472 evin isə qismən dağıldığı paylaşılıb.

Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlı dövrdə baş verən daşqınlarda hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsi zərər görür.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR