Sudan Səhiyyə Nazirliyi ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-də başlayan qarşıdurmalarda 512 nəfərin həyatını itirdiyini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada qarşıdurmalarda 4193 nəfərin yaralandığı bildirilib. Bildirilib ki, təkcə Xartumda bu müddət ərzində 169 nəfər ölüb, 2403 nəfər yaralanıb, xəstəxana və sağlamlıq mərkəzlərindən uzaq durmaq üçün tərəflərlə danışıqlar aparılıb.
Bəzi xəstəxanaların bağlandıqdan sonra yenidən xidmətə başladığı, dərman təminatı və xəstəliklərlə mübarizə baxımından Ümumdünya Səhiyyə Təşkilatı və ölkədə fəaliyyət göstərən müxtəlif qurumlarla koordinasiyada olduqları qeyd edilib.
Sudan Həkimlər Birliyi isə qarşıdurma xəttinə yaxın bölgələrdəki xəstəxanaların 72%-nin işini dayandırdığını açıqlayıb.
Həmkarlar ittifaqı 14 xəstəxananın bombalandığını, 19 xəstəxananın zorla təxliyə edildiyini bildirib.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə HDK paramilitar qüvvələri arasında silahlı toqquşmalar baş verib.
Gülay