Sudanda silahlı qarşıdurmada ölənlərin sayı 100-ə çatdı

Sudanda silahlı qarşıdurmada ölənlərin sayı 100-ə çatdı
DÜNYA
10:45 17.04.2023
153
Sudanda ordu və xüsusi təyinatlı qüvvələr arasında qarşıdurma nəticəsində 97 mülki şəxs həlak olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, silahlı qarşıdurma zamanı daha 365 nəfər yaralanıb. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə isə, aprelin 13-dən ölkədə azı 83 nəfər həlak olub, 1100-dən çox insan isə xəsarət alıb.

Münaqişələr səbəbindən xəstələrin və tibb işçilərinin xəstəxanalara daxil olmaqda çətinliklərlə üzləşdiyini və bəzi dərman və tibbi ləvazimatların ciddi çatışmazlığı ilə üzləşdiyini bildirən ÜST münaqişə tərəflərini səhiyyə xidmətlərinin göstərilməsində qərəzsizliyə hörmət etməyə və səhiyyə xidmətlərinə məhdudiyyətsiz çıxışı təmin etməyə çağırıb. 

ÜST yaralıları, xəstələri, mülki şəxsləri, tibb işçilərini, təcili yardım maşınlarını və səhiyyə müəssisələrini qorumaq üçün beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini bütün tərəflərə xatırladıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR