Sudandakı toqquşmada ölənlərin sayı 860-ı keçdi

Sudandakı toqquşmada ölənlərin sayı 860-ı keçdi
DÜNYA
18:25 22.05.2023
168
Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş vermiş toqquşmalar nəticəsində ölənlərin sayı 863 nəfərə çatıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə yerli "Əl-Hədah” telekanalı məlumat yayıb.

Bildirilib ki, hərbi əməliyyatlar nəticəsində indiyədək 3531 nəfər yaralanıb.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.
OXŞAR XƏBƏRLƏR