Süleyman Dəmirələ ''Nizami'' qızıl medalı təqdim olundu

DÜNYA
19:56 26.11.2012
1230
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirələ “Nizami” qızıl medalı təqdim olunub. Mükafatı Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin icraçı direktoru Rövşən Muradov və Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov təqdim edib.Mərasimdə çıxış edən S.Dəmirəl Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd olunduğunu bildirib: “Gəncəvi böyük bir elm adamı, sənətçi, musiqiçidir, hüquqşünas olub. Türk dünyasında ona böyük hörmət bəslənilir. Onun daha çox tanınmasını və fikirlərindən istifadə olunmasını istəyirik”.Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin icraçı direktoru Rövşən Muradov isə bu medalın Nizamini daha çox tanıtmaq məqsədi ilə təsis edildiyini bildirib. O, ilk medalın Süleyman Dəmirələ verildiyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR