Ötən gün Türkiyənin İstanbul şəhərində partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
O, qeyd edib ki partlayışa səbəb olan bombanı qoyan şəxs polislər tərəfindən saxlanılıb.
"Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq”,- deyə Soylu bildirib.
"Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”, - yaralıların durumu ilə bağlı son məlumatı qeyd edib.
Qeyd edək ki, ötən gün İstanbulda baş verən partlayışda 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Ayşən