Gəncləri də özü ilə aparıb "Togg”un sükanı arxasına keçən Türkiyənin daxili işlər naziri Süleyman Soylu Ankara küçələrini dolaşıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə görüntülər Türkiyə mediasında yer alıb.
Gənclərin "Nazir qırmızı işıqda dayandı” sözünə Soylunun cavabı "Normalda da qırmızı işıqda dayanırıq” olub.
Qeyd edək ki, "Togg” elektomobili Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana ilk təhvil verildikdən sonra yerli avtomobil də Azərbaycan prezidenti İlham Əliyevə göndərilib.
Daha sonra növbə dövlət qurumlarına çatıb və nazirliklər növbə ilə yerli avtomobillərini alıblar.
Ayşən