Sülh ləngiyir, gərginlik artır— Azərbaycanın rekord müdafiə büdcəsinin SƏBƏBİ

Sülh ləngiyir, gərginlik artır— Azərbaycanın rekord müdafiə büdcəsinin SƏBƏBİ
SİYASƏT
14:49 19.11.2025
584

Xəbər verdiyimiz kimi, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi sahəsində maliyyə təminatı 2026-cı il dövlət büdcəsinin əsas prioritetlərindən biri olaraq müəyyən edilib.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Hərbi ekspert Səxavət Məmməd AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, dünyada dövlətlərin əsas prioriteti milli təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsidir:


"Hazırda dünyada dövlətlərin bir nömrəli prioriteti milli təhlükəsizlik və müdafiə qabiliyyətinin möhkəmləndirilməsidir. Azərbaycan da qlobal proseslərə uyğun addımlar atır. Buna görə 2026-cı il üçün rekord həcmdə olan hərbi və müdafiə büdcəsini azaltmaq qərarı verməyib”.

Ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb:

"Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi yoxdur. Dünyada baş verən proseslər göstərir ki, istənilən an hər hansı bölgədə yeni müharibə və ya gərginlik yarana bilər. Bu səbəbdən Azərbaycan hazırkı mərhələdə ordunun silahlandırılması və gücləndirilməsi istiqamətində mühüm addımlar atır. Müdafiə qabiliyyətinin artırılması üçün ciddi maliyyə vəsaiti tələb olunur və büdcənin əsas hissəsi bu sahəyə yönəldilib”.

S.Məmməd əlavə edib ki, bu qərar həm regionda, həm də qlobal miqyasda dəyişən təhlükəsizlik mühitinin nəticəsidir:

"Avropa ölkələrinin belə sürətlə silahlanmaya getdiyini görürük. Rusiya-Ukrayna müharibəsi yeni təhdidlər yaradıb. Bu günə qədər neytral mövqedə olan dövlətlər də hərbi güclərini artırırlar. Dünyada silah alqı-satqısı rekord səviyyəyə çatıb. Azərbaycanın bu istiqamətdə atdığı addımlar tamamilə məntiqli və mövcud reallıqlardan irəli gələn qərarlardır”.

Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 714 800 000 manat vəsait yönəldiləcək. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 318 500 000 manat və ya 3,8 %, 2024- cü ilin icrası ilə müqayisədə isə 2 152 600 000 manat və ya 32,8 % çoxdur. 2022-ci illə müqayisədə 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsində xərclərində xüsusi çəkisi 5,7 faiz-bəndi, mütləq ifadədə isə 3 818 500 000 manat və ya 1,8 dəfə artıb.


Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb