“Sülhü təşviq etməklə yanaşı, keçmişimizi də unutmamalıyıq” - Deputat

“Sülhü təşviq etməklə yanaşı, keçmişimizi də unutmamalıyıq” - Deputat
SİYASƏT
11:56 25.11.2025
583
Azərbaycan və Ermənistan arasında sülh prosesində dinamika artır. Son günlər tərəflər arasında birbaşa təmasların intensivləşməsi bölgədə sülhə doğru real və mühüm addımların atıldığını göstərir. 

Bu çərçivədə 21–22 oktyabr 2025-ci ildə Yerevanda keçirilən görüşdə Vaşinqton Bəyannaməsindən sonra sülh gündəliyi müzakirə olunub, etimadın artırılması, humanitar və iqtisadi əməkdaşlıq imkanları dəyərləndirilib. Ardınca 21–22 noyabr 2025-ci ildə Bakıda "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində keçirilən görüşlərdə ekspert dialoqları, media əməkdaşlığı və qarşılıqlı səfərlərin davam etdirilməsi ilə bağlı razılaşmalar əldə olunub.

Deputat Azay Quliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, belə görüşlər çox əhəmiyyətlidir:

"Hər iki tərəfin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın formalaşdırılmasına yönəlmiş pilot layihə kimi ilk səfərlərin təşkil edilməsi çox əhəmiyyətlidir. Bu təşəbbüsü qətiyyətlə alqışlamaq və dəstəkləmək lazımdır.
Bu, həm çətin, həm də mürəkkəb bir prosesdir. Lakin iki ölkə arasında dayanıqlı sülhün bərqərar olması, etimad mühitinin yaradılması üçün bu cür addımlar zəruridir. Sülhə mane olmaq istəyən qüvvələrə imkan verməmək üçün prosesə səbrlə və mərhələli şəkildə yanaşmaq vacibdir. İlk olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin, ardınca medianın prosesə cəlb olunması ictimai rəyi sağlam şəkildə formalaşdırmaq və cəmiyyətin reaksiyasını düzgün qiymətləndirmək baxımından çox önəmlidir”.

Parlamentari deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda sülhün təmin olunması üçün böyük siyasi iradə nümayiş etdirib:

"Torpaqlarımız işğaldan azad edildikdən sonra ilk sülh təşəbbüsü ilə çıxış edən, 8 avqustda Vaşinqtonda sülh sazişinin paraflanmasına razılıq verən və bu prosesə əsas aparıcı yanaşmanı ortaya qoyan məhz Azərbaycan Prezidentidir. Prezidentimizin mövqeyi xalqımızın iradəsini ifadə edir və Azərbaycan cəmiyyəti də sülhün, sabitliyin və qarşıdurma dövrünün bir daha qayıtmamasının tərəfdarıdır”.

Deputat qeyd edib ki, sülh birtərəfli ola bilməz:

"Sülh sazişinin imzalanması və etimadın yaranması üçün Ermənistan rəhbərliyi ciddi addımlar atmalı, Konstitusiyasından və digər qanunverici aktlarından ölkəmizə qarşı ərazi iddialarını çıxarmalı, Zəngəzur dəhlizinin açılması prosesini sürətləndirməli və ən əsası, öz cəmiyyətini sülhə hazırlamalıdır. Hesab edirəm ki, Azərbaycan xalqı tam, davamlı və geri dönüşü olmayan sülhə hazırdır”.

A.Quliyev vurğulayıb ki, barışıq məsələsi həssas və daha uzunmüddətli prosesdir:

"Azərbaycan xalqının başına gətirilmiş faciələri, deportasiyaları və soyqırımları bir anda unutmaq mümkün deyil. Barışıq dərin hazırlıq, milli yaddaşın qorunması və tarixdən doğru nəticə çıxarılmasını tələb edir. Biz elə etməliyik ki, gələcək nəsillər 100 il sonra eyni hadisələrlə üz-üzə qalmasın. Buna görə də sülhü və barışığı təşviq etməklə yanaşı, keçmişimizi unutmamalı, regional və qlobal geosiyasi dəyişikliklərə daim hazır olmalıyıq”.

"Nəticə etibarilə, sülhün bölgəyə gəlməsi əmin-amanlıq, inkişaf və yeni imkanlar deməkdir. Bu gün Azərbaycan güclü və nüfuzlu dövlət kimi təkcə Cənubi Qafqazın deyil, daha geniş bir coğrafiyanın gələcəyi üçün məsuliyyət daşıyır. Əminəm ki, ölkəmizin həyata keçirdiyi bu tarixi missiyadan bütün xalqlar faydalanacaq”-, deyə deputat qeyd edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb