Sulşerdən Poqba açıqlamsı - Ona inanırıq...

Sulşerdən Poqba açıqlamsı - Ona inanırıq...
İDMAN
19:18 02.04.2019
7969
"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer, futbolçusu Pol Poqbanın "Real"a transfer olunacağı iddialarıyla bağlı danışıb.

Norveçli mütəxəssis, Poqbanın komandada xoşbəxt olduğunu deyib:

"Poqba Mançester Yuanyted"də xoşbəxtdir və yaxşı oyun sərgiləyir. Milli komandaların oyunlarıyla bağlı yaranan fasilədə mən də "Real"a transfer olunacağıyla bağlı iddialar eşitdim. Poqba, hər futbolçunun "Real"da oynamaq istədiyini deyib, ancaq özünü vurğulamayıb. Biz ona inanırıq və o da burada xoşbəxtdir".

İspaniya mətbuatı Poqbanın yay transfer pəncərəsi dövründə 145 milyon avro qarşılığında Real-a keçəcəyini iddia edir.
 
///goal.az
 

OXŞAR XƏBƏRLƏR