Sulutəpədə növbəti qarşıdurma: Jurnalist İdrak Abbasovu döydülər
Bütün Xəbərlər
14:06 18.04.2012
1219
Sulutəpədə 4-cü mədən deyilən ərazidə bir qrup polis əməkdaşı və Dövlət Neft Şirkətinin mühafizəçiləri qanusuz hesab etdikləri evlərin söküntüsünə başlayıblar.Hadisə şahidlərinin verdiyi xəbərə görə, ərazidə sakinlərlə qarşıdurma olub.Ərazidə çəkiliş aparan RATİ əməkdaşı jurnalist İdrak Abbasova qarşı da zor tətbiq edilib. RATİ-dən məlumatı təsdiqləyiblər. Məlumata görə, İdrak Abbasov təcili yardımla xəstənanaya çatdırılıb.