Şumaxerin oğlu Bakıda qəzaya düşdü - FOTO

Şumaxerin oğlu Bakıda qəzaya düşdü - FOTO
İDMAN
15:26 10.06.2022
274
2022 Formula 1 Azəbaycan Qran Prisində ilk qəza halı qeydə alınıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, qəzanı "Haas" komandasının pilotunu Mik Şumaxer edib.

Belə ki, M.Şumaxer idarəetməni itirərək bolidi bardurlara çırpıb. Onun bolidi trasdan uzaqlaşdırılıb.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.

Bu gün start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək
 

 


OXŞAR XƏBƏRLƏR