Almaniyanın Essen şəhərinin sakini iddia edir ki, o, “Formula-1” sinfi üzrə 7-qat dünya çempionu Mixael Şumaxerin qəzaya düşdüyü anı videokameraya çəkib.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, adının gizli saxlanması istəyən Almaniya vətəndaşı Şumaxerin qəzaya düşdüyü an ondan bir neçə metr aralıda olub. O. “Spiegel” jurnalına verdiyi müsahibəsində bildirib ki, ondan saatda 20 kilometr sürətlə irəlidə gedən və qəzaya düşən xizəkçi Şumaxer olub. Şumaxerin belə az sürətlə getdiyini onun meneceri Sabina Kem də təsdiq edib. Ancaq Böyük Britaniyanın “Times” qəzeti yazır ki, Şumaxer saatda 100 kilometr sürətlə gedirmiş.Hazırda videoyazının müəllifi materialları Fransa prokurorluğuna verməyə hazırlaşır. Fransanın istintaq orqanları, həmçinin Şumaxerin şleminə qoyulmuş kameradakı yazını da araşdırırlar.Xatırladaq ki, Mixael Şumaxer Fransanın Meribel şəhərində xizəkdən sürüşdüyü zaman qəzaya düşüb. Onun başındakı şlem zərbə nəticəsində ikiyə bölünüb. Hospitalda koma vəziyyətində yatan Şumaxerin yanvarın 3-də 45 yaşı tamam olub.