"Bu il Bakı, Sumqayıt və Abşeron məktəblərində kompüterlərin sayının artırılması nəzərdə tutulur".
AZXEBER.COM xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, bununla da summativ qiymətləndirilmə onlayn qaydada keçirilə bilər: "Növbəti ildən həmin qiymətləndirilmənin həmin formatda keçirilməsinə nail ola bilərik".