Sumqayıt 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Sumqayıt 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir
HADİSƏ
23:26 16.12.2025
185
Sumqayıt 16 yaşlı gənc bıçaqlanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şahmuradov Tunar Rəşad oğlu münaqişə zəminində bıçaq xəsarətləri alıb.

Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Adıgözəlli Nicat Teymur oğlu şübhəli şəxs qismində saxlanılıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 17:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
OXŞAR XƏBƏRLƏR