Sumqayıt-Bakı qatarında texniki nasazlıq səbəbindən gecikmə olub

Sumqayıt-Bakı qatarında texniki nasazlıq səbəbindən gecikmə olub
SOSİAL
09:33 10.03.2023
97
Sumqayıt-Pirşağı-Bakı qatarının qrafikində gecikmə yaranıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarı qrafikə əsasən Bakıya 08:30-da çatmalı olduğu halda 08:39-da çatıb.
 
Başqa sözlə, qatar mənzil başına 9 dəqiqə gecikib.

Qatarın bələdçisi bildirib ki, gecikməyə səbəb yaranan texniki nasazlıq olub. Bununla belə, texniki nasazlığın nədən ibarət olduğu açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR