Sumqayıt-Bakı qatarında yaranmış problemin SƏBƏBİ

Sumqayıt-Bakı qatarında yaranmış problemin SƏBƏBİ
SOSİAL
10:43 05.07.2019
2470
Sumqayıt-Bakı elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

Bu barədə AZXEBER.COM-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər. Qeyd olunub ki, yaranan problem artıq aradan qaldırılıb:

"Dəmir yolunun Biləcəri-Keşlə mənzilinin kontakt şəbəkəsində yaranmış nasazlıqla bağlı Sumqayıt-Bakı elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb. Problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir".

Qeyd edək ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Qatar Bakı Dəmir Yolu Vağzalına 26 dəqiqə gec çatıb.
OXŞAR XƏBƏRLƏR