Sumqayıt kafesində ofisiantlar müştəriləri döydülər

Sumqayıt kafesində ofisiantlar müştəriləri döydülər
Bütün Xəbərlər
13:23 18.02.2014
928
Bazar ertəsindən çərşənbə axşamına keçən gecə Bakı-Quba-Rusiya sərhədi avtotrassında yerləşən “Kral” kafesində kütləvi dava baş verib.
AZXEBER.COM “1news.az”a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, kafenin müştəriləri - Azərbaycanın Astara rayon sakinləri - İlkin Quliyev və Tural Bayramov ofisiantlara yeməkdən və xidmətdən narazılıqlarını bildiriblər. Onlar isə öz növbələrində kobud cavab veriblər. Bu zəmində müştərilər ilə ofisiantlar arasında dava düşüb. Nəticədə İ.Quliyev və T.Bayramov döyülüb. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR