“Sumqayıt” Konfrans Liqasında mübarizəni dayandırdı

İDMAN
23:57 31.07.2024
168
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən "Fehervar”(Macarıstan) – "Sumqayıt” görüşü başa çatıb.

AZXEBER.COM xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə bitib. 

Qeyd edək ki, Samir Abasovun çalışdırdığı Azərbaycan təmsilçisi doğma meydanda baş tutan ilk oyunda Macarıstan klubuna 1:2 hesabıyla uduzmuşdu.
 
Bu üzdən də təmsilçimizə mərhələ adlamaq üçün mütləq inamlı hesabla qələbə qazanmaq lazım idi. Amma cavab görüşündə qapılara qol vurulmadığı üçün "Fehervar” növbəti mərhələyə yüksəlib, "Sumqayıt” isə mübarizəni dayandırıb.

OXŞAR XƏBƏRLƏR