Sumqayıtda marketdə çalışan qadın iş yerində ölüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində yerləşən marketlərin birində qeydə alınıb.
1978-ci il təvəllüdlü Vüsalə Məmişovanın iş zamanı qəfildən halı pisləşib. O hadisə yerindəcə keçinib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.