Sumqayıt Səhiyyə şöbəsində ciddi nöqsanlar aşkar edilib - RƏSMİ

Sumqayıt Səhiyyə şöbəsində ciddi nöqsanlar aşkar edilib - RƏSMİ
SOSİAL
13:09 31.07.2017
846

 

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən 2015-2016-cı illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.

Palatadan AZXEBER.COM-a verilən məlumata görə, Sumqayıt şəhər Səhiyyə şöbəsinin və tabeliyindəki 23 səhiyyə müəssisələrinin strukturunda müxtəlif təyinatlı 585 ədəd çarpayı və ümumilikdə 3312,5 ədəd tibbi və qeyri tibbi ştat vahidləri təsdiq edilib.


Sumqayıt şəhər Səhiyyə şöbəsi Sumqayıt şəhərinin 339,0 min nəfər əhalisinə stasionar və ambulator tibbi xidmət göstərməsi üçün tabeliyində olan 9 xəstəxana, 10 ambulator poliklinika müəssisəsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası, mərkəzləşdirilmiş mühasibatlıq və mərkəzi avtomaşın qarajı ilə birlikdə fəaliyyət göstərib. Auditin əhatə etdiyi dövrdə səhiyyə xərclərinə ümumilikdə 30,3 mln.manat məbləğində vəsait xərc edilib.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində 2015-ci ilin əvvəlinə təsdiq olunmuş ştatlardan 103,5 vahid vahid və ya 3,1%-i 2016-cı ilin əvvəlinə isə 119,5 vahid və ya 3,6%-i vakant olmuş, onlardan müvafiq olaraq 2015-ci ildə 68,25 vahidi, 2016-cı ildə 77,25 vahidi xəstəxanalarda bir oklad işləyən işçilərə əvəzçilik üzrə verilib. Şöbənin tabeliyində fəaliyyət göstərən xəstəxanalarda çarpayıların illik işləməsi 340 gün Doğum evlərində isə 300 gün proqnozlaşdırlmışdır. Çarpayı günlərinin icrası 2015-ci ildə 77,7%, 2016-cı ildə 81,5% olub.


Ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci 2015-ci ildə 0,5 - 4,0 manatadək, 2016-cı ildə 0,3 - 6,9 manatadək, ərzaq xərci isə müvafiq olaraq 5,6 - 6,2 manatadək və 4,8 - 6,0 manatadək fərqli olmuşdur. Xəstəxanalarda ərzağın menyularda göstərilən miqdardan az verilməsi, menyularda xəstə sayının çox göstərilməsi səbəbindən artıq vəsait ödənişinə yol verilmiş, müvafiq Qərarla təsdiq edilmiş normalarda nəzərdə tutulmayan ərzaq məhsullarının alımasına vəsait xərc edilmişdir.

Eyni zamanda, xəstəlik tarixlərindəki təyinat vərəqələrinə işlənilmədən, təsdiqedici sənəd olmadan dərman silinmiş, stasionar müalicədə istifadəsi nəzərdə tutulmuş dərman preraratları imtiyazlı reseptlər əsasında ambulator müalicə alan xəstələrə verilmişdir.


"Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl edilsə də, Maliyyə hesabatlarının tərtibi zamanı bəzi nöqsanlara yol verilmiş, "Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməmiş, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı və cari təmiri üçün xərc edilmiş vəsait kapitallaşdırılmış məsrəflər kimi uçota alınmyaraq xərcə silinmişdir.


Hesablama Palatasının Kollegiyası Sumqayıt Şəhər Səhiyyə şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul etmiş, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Sumqayıt Şəhər Səhiyyə şöbəsinə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA