Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb
SOSİAL
21:41 31.03.2018
7121

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

Şəhərin 30-cu məhəlləsində yaşayan 2017-ci il təvəllüdlü yerli sakin İsazadə Məhəmməd Rəşad oğlunun üzərinə qaynar çaydan dağılıb.

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Hazırda 1 yaşlı M.İsazadənin müayinə və müalicəsi həyata keçirilir.

///Report.az

OXŞAR XƏBƏRLƏR