Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız öldü

Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız öldü
SOSİAL
15:33 17.08.2017
6120
İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib. 
 
Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev AzVision.az-a bildirib ki, it uşağın başından dişləyib, hazırda azyaşlı ölümcül vəziyyətdədir.

"Ailəsi qızı Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına gətirib. Gətirilən kimi müəyyən olunmuş dozada uşağa 2 dəfə vaksin vurulub. 4 gün xəstəxananın uşaq şöbəsində qalıb, sonra valideynləri evə aparıb. Evdə təzədən vəziyyəti gərginləşdiyi üçün yenidən xəstəxanaya müraciət ediblər. Onu Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasına göndəriblər. Orada daha bir vaksin vurulub. Buna baxmayaraq uşağın vəziyyəti ağırdır”. 

N.Baxşəliyev bildirib ki, azyaşlı qızın sağalma ehtimalı yoxdur: "Hazırda uşağın vəziyyəti pisdir, quduzluğun fobiyası dövründədir. Bu məsələ Tibbi Şurada müzakirə olunub. Vaksinin seriyasına baxmışam. Necə olub ki, vaxtında vaksin vurulub, amma heç bir köməyi olmayıb. Müxtəlif versiyalar var. Ola bilsin ki, uşağı keçmişdə it tutub, haçansa belə hadisə olub və ikinci dəfə it başından dişləyəndə həkimə gətiriblər. Digər ehtimal vaksinin keyfiyyətinin aşağı olmasıdır, çünki vaksin şüşədə hazırlanır. Həmçinin ehtimal olunur ki, onun immuniteti aşağıdır, kəskin hemoqlobin azlığı olub. Müqavimət aşağı olanda isə virus ildirim sürəti ilə yayılır. Bu məsələ ətraflı epidiomoloji araşdırma tələb edir. Baş pediatra bildirmişəm ki, ciddi araşdırma aparılsın. Hadisə dəqiqliklə araşdırılmalıdır ki, virus niyə sürətlə yayılıb, axı vaksin vaxtında vurulub”. 

N.Baxşəliyev bildirib ki, həmin gün 10 və 11-ci mikrorayon ərazisində 10 nəfəri it dişəyib: "Onların hamısına vaksin vurulub, heç birində quduzluq əlaməti yoxdur. Yalnız bu uşaqda ağırlaşma olub. İti isə artıq necə gündür tapa bilmirlər. Lazımi qurumlara tələb xarakterli məlumat verilib. Lakin heç bir iş görülməyib. Küçədə itlər insanları parçalayır. Ya bu itləri yığışdırın, ya da nəsə edin. İt insandan dəyərli olub. Ayda 4-5 nəfəri it parçalıyr və tədbir görülmür. Qalmışıq bu itlərin əlində”.
 
 14:52
***
 
Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasının baş həkiminin müavini Sərvər Hüseynli Modern.az-a açıqlama verib.
 
O deyib ki, Sumqayıt şəhər sakini Zeynəb Mikayılzadə bu gün vəfat edib.
 
"O xəstəxanaya gətirilərkən vəziyyəti çox ağır idi. Orada daha bir vaksin də vurulub. Amma həkimlərin bütün səylərinə baxmayaraq xəstə bir az əvvəl vəfat edib”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəhruz Səmədova 15 il həbs verildi
16:53 23.06.2025
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
16:49 23.06.2025
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
16:45 23.06.2025
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
16:42 23.06.2025
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
Elarizin qızı məhkəməyə çağırıldı
16:37 23.06.2025
Elarizin qızı məhkəməyə çağırıldı
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
16:35 23.06.2025
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
16:35 23.06.2025
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
16:29 23.06.2025
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
16:24 23.06.2025
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
16:19 23.06.2025
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
16:16 23.06.2025
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
16:13 23.06.2025
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
16:11 23.06.2025
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
16:00 23.06.2025
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
15:32 23.06.2025
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
Azərbaycanda pensiya təminatında yenilik
15:28 23.06.2025
Azərbaycanda pensiya təminatında yenilik