‘Sumqayıtda 120 ailə üçün real təhlükə var’ - Deputat

‘Sumqayıtda 120 ailə üçün real təhlükə var’ -  Deputat
00:02 16.03.2013
2133

“Müxtəlif instansiyalara müraciət etmişəm”.

AZXEBER.COM-un məlumatına görə, bu gün keçirilən,hökümətin hesabatının dinlənildiyi Milli Məclisin iclasda parlamentin üzvü Leyla Abdullayeva belə deyib:

“Mən Sumqayıt şəhərini təmsil etdiyimdən deyə bilərəm ki,ölkədə gedən bu quruculuq işləri bizim şəhərdən də yan keçməmişdir.Sumqayıt bu gün inkişaf edən müasir ,gözəl bir şəhərdir.

Eyni zamanda problemlər də yox deyildir.Mən onlardan xüsusilə mühüm birini burada hökümət üzvlərinin ,cənab baş nazirin diqqətinə çatdırmaq istəyirəm.

Söhbət Sumqayıt şəhəri 15-ci məhəllədə yerləşən 7 saylı yataqxananın vəziyyəti ndən gedir.Bu bina illərdir ki,çox bərbad vəziyyətdədir.yataqxananın sakinləri illərdir ki, qəzalı vəziyyətdə olan binada yaşayırlar. Yataqxana sakinləri hər gün bu binanın başlarına uçacağını gözləyirlər.7 saylı yataqxana düz şəhərin girəcəyində ,avtovağzalın yaxınlığında yerləşir.Bina dəhşətli dərəcədə əyilib və artıq aşmaq ehtimalı var.120-dən çox ailə orda böyük risk altında yaşayır.Allah eləməsin,sabah bir hadisə olsa bu,böyük bir faciə sayılacaq.Bu risk doğrudan da var .

Mənə dəfələrlə burada yaşayan ailələr müraciət edib. Mən də öz növbəmdə deputat statusu və səlahiyyətləri çərçivəsində əlimdən gələni etməyə çalışmışam.Müxtəlif instansiyalara müraciət etmişəm.Bu gün də buradan cənab baş nazirə,cənab maliyyə nazirinə ,hökümətin bütün əlaqədar nümayəndələırinə müraciət edirəm və bu məsələni bir daha qabardıram.Ədalət naminə qeyd etməliyəm ki, Bu, şəhər icra hakimiyyətinin gücü çatan bir layihə deyil, bunun üçün böyük bir vəsait tələb olunur.Məndə olan məlumata görə,Yataqxananın təmiri ilə bağlı layihənin smeta sənədləri hazırlanıb, Nazirlər Kabinetinə təqdim olunub. Hazırda bu məsələ müzakirə olunur. Nazirlər Kabineti, Maliyyə Nazirliyi ilə birgə layihənin 2013-cü ilin investisiya proqramına salma ehtimalı var.Amma yekun qərar hələ ki,verilməyib.İndi mən buradan bir daha hökümətə səslənirəm ki,bu məsələni heç cür gecikdirmək olmaz.2013-cü ildə bu yataqxananın kompleks halda,əsaslı təmirini həyata keçirmək mütləq lazımdır.Məsələnin həlli hökümət səviyyəsində, ciddidir və müvafiq vəsait və tələb edilir.

OXŞAR XƏBƏRLƏR