Sumqayıtda 2 yaşlı uşaq faciəvi şəkildə öldü

Sumqayıtda 2 yaşlı uşaq faciəvi şəkildə öldü
SOSİAL
10:47 24.04.2023
749
Sumqayıtda 2 yaşlı uşağı avtomobil vurub.

APA xəbər verir ki, 1970-ci il təvəllüdlü Nabatalıyev Sübhi Nabatalı oğlu Sumqayıt şəhəri, Ceyranbatan bağları, "Beton zavod” adlanan ərazidə idarə etdiyi BMW markalı avtomobillə məhəllə arası küçədə arxaya doğru hərəkət edərkən ehtiyatsızlıqdan 2021-ci il təvəllüdlü Xəyalə Dövran qızı Zamanovanı vurub.

Nəticədə Xəyalə Zamanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR