Sumqayıtda 23 yaşlı qızı boğub öldürdülər - Mənzildən meyiti tapıldı

Sumqayıtda 23 yaşlı qızı boğub öldürdülər - Mənzildən meyiti tapıldı
SOSİAL
11:31 06.03.2020
1408
Sumqayıtda mənzildən qadın meyiti tapılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.

Hüquq-mühafizə orqanları mənzillərdən birinə keçirdiyi baxış zamanı qadın meyiti aşkarlayıblar. Meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızı olduğu məlum olub.

23 yaşlı gəncin boğularaq öldürüldüyü ehtimal edilir və onun ölüm səbəbi aparılan ekspertizadan sonra daha dəqiq məlum olacaq. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR