Sumqayıtda 7500 manatlıq dələduzluqda şübhəli bilinən şəxs tutulub

Sumqayıtda 7500 manatlıq dələduzluqda şübhəli bilinən şəxs tutulub
SOSİAL
11:30 05.08.2024
107
Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə bir nəfərin 7500 manat pulunun dələduzluq yolu ilə alınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən E.Həşimov və D.Müslümov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR