Sumqayıtda ağır yol qəzası - ölən, yarananlar var

Sumqayıtda ağır yol qəzası - ölən, yarananlar var
SOSİAL
15:06 04.01.2017
897
Sumqayıtda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

AZXEBER.COM Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində Xırdalan şəhər sakini Elmar Ələkbərov idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarında dayanan Şabran rayon sakini Eldar Səlimova məxsus "Mercedes" markalı avtomobilə vurub.

Zərbənin təsirindən "Mercedes" markalı avtomobilin yaxınlığında olan 30-35 yaşlı kişi hadisə yerində ölüb, E.Səlimovun 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR