Sumqayıtda arvadı ilə mübahisə edən kişi müəmmalı şəkildə öldü

Sumqayıtda arvadı ilə mübahisə edən kişi müəmmalı şəkildə öldü
SOSİAL
14:51 08.09.2016
1502
Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.
Şəhər Prokurorluğundan “Report”a verilən məlumata görə, Sumqayıt sakini, 1983-cü il təvəllüdlü Natiq Mədətov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1980-ci il təvəllüdlü Xatirə Məmmədova ilə mübahisə edib.
Münaqişə zəminində ayağından bıçaq xəsarəti alan N.Mədətov qanitirmə nəticəsində dünyasını dəyişib.
X.Məmmədova istintaqa ifadəsində ərinin özü-özünü bıçaqla vurduğunu deyib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Araşdırmalardan sonra N.Mədətovun bıçaqla özü-özünü vurduğu, yoxsa həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olacaq.
OXŞAR XƏBƏRLƏR