Sumqayıtda arvadını öldürüb qaçan şəxsi polis saxlayıb

Sumqayıtda arvadını öldürüb qaçan şəxsi polis saxlayıb
SOSİAL
11:21 06.03.2026
252
Bu gün səhər saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerindən qaçan İ. Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.

Araşdırma aparılır.
 
/apa
OXŞAR XƏBƏRLƏR