Sumqayıtda avtobus binaya çırpılıb - 20-dən çox yaralı var

SOSİAL
18:56 21.02.2019
6081
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə 16-cı məhəllə ərazisində qeydə alınıb.

Belə ki, 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb. 
Hadisə nəticəsində 20-dən çox sərnişin yaralanıb.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

OXŞAR XƏBƏRLƏR