Sumqayıtda avtomobil kanala düşüb, xəsarət alanlar var

Sumqayıtda avtomobil kanala düşüb, xəsarət alanlar var
HADİSƏ
12:58 02.11.2025
127
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, "Toyota Camry" markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
 
"Report"
OXŞAR XƏBƏRLƏR