Sumqayıtda beş gün əvvəl itkin düşən kişinin meyiti tapılıb

Sumqayıtda beş gün əvvəl itkin düşən kişinin meyiti tapılıb
SOSİAL
18:10 06.03.2024
181
Sumqayıtda itkin düşən 56 yaşlı Akif Cəfərovun meyiti tapılıb.

Bu barədə "Report"un yerli bürosuna mərhumun qohumları məlumat verib.

Bildirilib ki, A.Cəfərovun meyiti Samur-Abşeron kanalının kənarından tapılıb.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Akif Cəfərov 5 gün öncə Yaşıldərə yaşayış massivindən çıxaraq itkin düşmüşdü.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR